AZ

Böyük pullar əldən qaçdı: "Fənərbaxça"nın Avrokubokdan qazandığı ümumi məbləğ

Ötən gün UEFA Konfrans Liqasında "Fənərbaxça" əsas vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, penaltilər seriyasında "Olimpiakos"a 3:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, bu nəticə ilə "sarı-lacivərdlər" 1/4 final mərhələsində Konfrans Liqası ilə vidalaşaraq Avropa kitabını bağlayıb.

"Fənərbaxça" bu turda xəzinəsinə ciddi gəlir əlavə etmək fürsətini əldən verdi. Beləki, İstanbul klubu Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yüksəldiyi üçün 1,65 milyon avro, qruplara vəsiqə üçün isə 2,94 milyon avro qazanıb.
Ölkə əmsalından 979 min avronu xəzinəsinə qoyan “Fənərbaxça” son 16-ya yüksəldiyi üçün 600 min avro qazanıb.

1/4 finala yüksəlməklə 1 milyon avro gəlir əldə edən "Fənərbaxça"nın Avropadakı kassasına cəmi 9,8 milyon avro daxil olub. "Fənərbaxça” “Olimpiakosu” mübarizədən kənarlaşdırıb yarımfinala çıxsa idi, xəzinəsinə daha 2 milyon avro qoyacaqdı.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla