AZ

"Fənərbağça"nın baş məşqçisi: "Azarkeşlərimizdən utandıq"



"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal Konfrans Liqasında penaltilər seriyasında 3-2 hesabı ilə uduzduqları "Olimpiakos"la matçdan sonra açıqlama verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmanı dəyərləndirən İsmail Kartal qalibiyyəti haqq etdiklərini deyib:

“Bu gün oyuna çox yaxşı başladıq. "Fənərbağça" ilk yarıda əla oyun tempi nümayiş etdirdi. İlk qolu da vurduq. Ancaq 1-2 dəqiq mövqeni dəyərləndirə bilmədik. İkinci hissəyə yaxşı başladıq. Sadəcə, ikinci qolu vura bilmədik. Futbolçularım da ikinci qolu vurma bilməməyin stresini yaşadılar. Bu gün komandamız və azarkeşlərimiz qələbə layiq idik. Futbolçularımı bugünkü mübarizəyə görə təbrik edirəm. Təəssüf ki, penaltilər iüzrə usta oyunçular bu gün penaltidən yararlana bilmədi. Bu bizi çox üzdü. Azarkeşlərimizdən utandıq. Biz irəliyə baxırıq və liqada yolumuza davam edəcəyik".

Azər
Reyting.az
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla