AZ

Şəhid atası Bərdə RMX-da uğurla əməliyyat olunub 

Bərdə Rayon Mərkəzi Xəstəxanasında 44 günlük Vətən müharibəsi şəhidi Asif Abışovun atası Əlövsət Abışov uğurla əməliyyat olunub.
 
Aztibb.az-a Bərdə RMX-dan verilən xəbərə görə, Ə.Abışova zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 
Şəhid atası daha sonra müəssisə rəhbərliyi tərəfindən evində ziyarət edilib.
 
Ə.Abışov əməliyyatını həyata keçirən tibb personalına, şəhid ailələrinə göstərilən diqqətə görə müəssisənin rəhbərliyinə, eləcə də yaradılmış şəraitə görə TƏBİB-ə minnətdarlığını bildirib.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla