AZ

ABŞ-ın yeni planı: İsrail Fələstini tanıyır, əvəzində...

Vaşinqton yaxın aylarda İsrailin Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin normallaşması müqabilində Fələstin dövlətini tanımaq üçün yeni öhdəliklərə razı olacağı “uzunmüddətli diplomatik razılaşma” əldə etməyə çalışır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Ağ Ev Ər-Riyada Vaşinqtonla daha “rəsmi təhlükəsizlik əlaqələri” təklif edir, mülki nüvə enerjisinin inkişafına kömək edir və həmçinin Fələstin dövlətinin tanınması istiqamətində yeni səylər göstərəcəyini vəd edir.

İsrailə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması təklif edilir. Adı açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, Tehranın İsrailə son hücumunda atdığı raket və pilotsuz təyyarələrin birgə məhv edilməsi yəhudi dövlətini əmin etmək məqsədi daşıyırdı ki, İrandan gələn təhdidlərə qarşı müdafiəsi Səudiyyə Ərəbistanı ilə daha sıx əməkdaşlıq yolu ilə gücləndirilə bilər.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla