AZ

Arda "Sevilya"nın transfer təklifinə cavab verdi

Xəbər verdiyimiz kimi “Sevilya” Arda Güleri icarəyə götürmək üçün “Real Madrid”ə rəsmi təklif göndərib. Metbuat.az xəbər verir ki, tərəflər arasında rəsmi danışıqlar baş tutub. “Relevo”nun xəbərinə görə, “Sevilya” və “Real” arasında danışıqlar məhsuldar keçib. Lakin Arda Turan “Sevilya”ya icarəyə getməyə etiraz edib. İddialara görə, Arda təklifi rədd edib. Buna səbəb Ardanın Çempionlar Liqasında oynayan klubda forma geyinmək istəməsidir.

Bildirilir ki, Arda Çempionlar Liqasında oynayacaq komandaya getmək şərtilə icarə təklifinə razılıq verə bilər.

Seçilən
19
2
Mənbələr
Şərh ()
Bağla