AZ

Deputatın döyülməsi araşdırılacaq

Xüsusi İstintaq Xidməti Gürcüstan parlamentinin “Vətəndaşlar” partiyasından olan deputatı Aleko Elisaşvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna etirazı zamanı hansı şəraitdə xəsarət aldığını araşdırır.

Elisaşvili aprelin 17-nə keçən gecə hökumət binası yaxınlığında polis kordonuna hücumdan sonra polis tərəfindən saxlanılıb. O, həbs olunduqdan bir neçə saat sonra sərbəst buraxılıb. Deputatın qabırğası sınıb, üzündən xəsarətlər alıb.

Deputat ona polis tərəfindən xəsarətlər yetirildiyini bildirir.

Araşdırmalar Aleko Elisaşvilinin ombudsmana müraciətindən sonra başlayıb.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla