AZ

Polşa Rusiyaya görə təyyaralərini havaya qaldırdı

Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı iddia edir ki, Rusiyanın intensiv hərəkətləri səbəbindən təyyarələri havaya qaldırıblar.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat verilib.

Qeyd edilib ki, hava məkanında ehtiyat rejimdə olan təyyarələr fəaliyyətə başlayıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər.

Komandanlıq əlavə edib ki, ötən gecə hərbçilər Rusiyanın uzaqmənzilli aviasiyasının Ukrayna ərazisindəki hədəflərə raket hücumları ilə bağlı intensiv fəaliyyətini qeydə alıb:

"Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hərbçilər vəziyyəti izləyir".

Humay İSGƏNDƏRLİ

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla