AZ

Ermənistanda konstitusiya müzakirələri davam edir

Ermənistan Xarici İşlər Nazirliyi Konstitusiyanın dəyişdirilməsi məsələsində Azərbaycanın təzyiqlərini təkzib edib.

Herbiand.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Saytın Azərbaycanın bu məsələ ilə bağlı mümkün təzyiqləri ilə bağlı sorğusuna verilən cavabda deyilir

“Konstitusiyanın dəyişdirilməsi məsələsi tamamilə ölkədaxili prosesdir”.

Yanvarın 19-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistanı yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni fundamental qanun lazımdır.

Ermənistan mediası baş nazirin bu bəyanatını Azərbaycanın təzyiqi ilə əlaqələndirmişdi.

Xatırladaq ki, hazırkı Ermənistan Konstitusiyanın preambulasında onun 1990-cı il İstiqlal Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında qəbul edildiyi qeyd olunur. Fundamental prinsip kimi Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla birləşmək barədə qərarına işarə kimi qəbul edilir.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla