AZ

Məhkəmə qərar verdi! Engin və Dilan Polat cütlüyü vergi cinayətinə görə bəraət aldı

Keçən ilin noyabrında həbs edilən Engin və Dilan Polat cütlüyü də daxil olmaqla bütün şübhəlilər vergi proseduru qanununu pozma cinayətinə görə sərbəst buraxılıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Polat cütlüyü və digər şübhəlilər 2 ayrı cinayətə görə saxlanıldıqları üçün həbsxanadan çıxa bilməyəcəklər.

Belə ki, prokuror, “vergi proseduru qanununa qarşı çıxmaq” cinayəti ilə bağlı araşdırmaların davam etdiyini nəzərə alaraq Dilan Polat, Engin Polat və digər məhbusların azadlığa buraxılmasını istəyib. Hakim “təşkilat yaratmaq və idarə etmək” və “çirkli pulların yuyulması” cinayətləri ilə bağlı işin davam etdiyini bildirib və onların həbslərinin davam etdirilməsini istəyib.

Xatırladaq ki, aralarında Engin və Dilan Polatın da olduğu 12 şübhəli noyabrın 5-də Anadolu Respublika Baş Prokurorluğu tərəfindən "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq", "çirkli pulların yuyulması" cinayətləri ilə həbs edilib. Məhkəmə 6 aydır həbsdə olan şübhəliləri vergi qanununu pozduqları üçün azadlığa buraxıb.

Seçilən
71
2
Mənbələr
Şərh ()
Bağla