AZ

Rusiyada təyyarə qəzaya uğradı

İnterfaks xəbər agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər Rusiyanın cənubunda Stavropol vilayətində Tu-22M3 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Nazirlik bombardmançı təyyarənin 4 pilotunun təyyarədən atladığını, 3 pilotun xilas edildiyini, dördüncü pilotun axtarışlarının davam etdiyini açıqlayıb.

Qeyd edək ki, qəzaya texniki nasazlıq səbəb olduğu bildirilib.

Günel Məlikzadə

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla