AZ

İsrailin hücumundan sonra İran hava limanları fəaliyyətini bərpa edib

İran bir çox hava limanlarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "RİA Novosti" İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerluya istinadən məlumat yayıb.

"Ölkənin bir sıra hava limanlarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb", - o, bildirib.

Xatırladaq ki, səhər saatlarında İsrail İrandakı obyektə raket zərbəsi endirib.

Al Jazeera İsfahan şəhərində yerləşən aeroportda partlayış baş verdiyi haqda məlumat yayıb.

Həmçinin İran ordusunun Haştam Şakaridəki aviabazasında da partlayış baş verdiyi bildirilirdi. ABC telekanalı isə Tehran, İsfahan və Şiraz üzərindən aviareyslərin bir müddətə təxirə salındığı deyilirdi.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla