AZ

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xdmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Seçilən
26
32
Mənbələr
Şərh ()
Bağla