AZ

İsrail İrana zərbə endirdi

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidilib.

İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub.

ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisindən edildiyini bildirib.

Ölkənin bir sıra əyalətlərində HHM işə düşüb.

Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər bir müddətə təxirə salınıb.

Mənbə: A Haber

Seçilən
157
6
Mənbələr
Şərh ()
Bağla