İsrailin İrana hücumu ilə bağlı xəbərlər ABŞ-ı təəccübləndirmir.
“İki sahil” xəbər verir ki, bu barədə Axios portalı ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail zərbə endirmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.
“Axios” qeyd etdiyi kimi, Vaşinqton ehtiyat edir ki, zərbələr mübadiləsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”