AZ

Yığmamızın kapitanı çempion oldu - Xarici ölkədə

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Sportinfo.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finaldakı rəqibi KNRC-i hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb.

Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.

Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla