AZ

İsrailin kredit reytinqi aşağı salındı

İsrailin uzunmüddətli kredit reytinqi “AA-“dən “A+”ya dəyişdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi məlumat verib. Həmin xəbərə görə, reytinq agentliyinin proqnozları neqativdir.

Beləliklə, həm xarici, həm də yerli valyutada uzunmüddətli, eləcə də qısamüddətli reytinqlər aşağı salınıb (“A-1+”dan “A-1”ə). İsrailin 2024-cü ildə büdcə kəsirinin ÜDM-in 8%-nə yüksələcəyi, bunun əsas səbəbinin müdafiəyə ayrılan xərclər olduğu göstərilir. Reytinqin aşağı salınması geosiyasi risklərlə izah olunur.

Xatırladaq ki, İsrailin İranın Suriyadakı diplomatik missiyasına zərbə endirməsinə cavab olaraq İran İsrailə geniş hava hücumu həyata keçirib. Cümə günü səhər KİV-in məlumatına görə, İsrail İrana raket zərbəsi endirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla