AZ

Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr

Nevrologiya elmləri doktoru olan Emily McDonald TiktTok-da 10 milyondan çox istifadəçinin izlədiyi videoda beyin sağlamlığını qorumaq üsullarını paylaşıb. 
 
SƏHƏRLƏR TELEFONU SÖNÜLÜ SAXLAMAQ
 
McDonald deyir ki, səhər oyanan kimi telefondan istifadə etmir və onu bağlı saxlayır.
 
POZİTİV DÜŞÜNMƏK
 
Neqativ fikirlərə fokuslanmaq əvəzinə müsbət şeylər düşünməyə çalışdığını deyən McDonald, bunun beyin sağlamlığını qorumaq üçün edilməsi lazım olan mühüm amillərdən biri olduğunu bildirib.
 
EMAL EDİLMİŞ QİDALARDAN UZAQ OLMAQ
 
Qablaşdırılmış məhsullardan uzaq olduğunu deyən nevroloq McDonald belə qidaların idrak qabiliyyətinin zəifləməsi və demans riskini artırdığını bildirib.
 
YAXŞI YUXU
 
Yaxşı yuxu rejimi beyin sağlamlığı üçün ən vacib amillərdən biridir. Gecə 7-8 saat yatmaq beynin yeni məlumatları emal etməsinə və beyində xatirələrin formalaşmasına kömək edir. Bundan əlavə, Alzheimer xəstələrinin beyinlərində görülən amiloid lövhələri kimi tanınan zülalların yığılmasının qarşısı alınır.
 
DAİMİ İDMAN MƏŞQLƏRİ
 
Daimi idman beyinə qan axınını artırır. Tədqiqatlar, müntəzəm olaraq idman edən insanların yaşlandıqca Alzheimer xəstəliyi və gecikmiş əqli geriləmə riskinin daha az olduğunu müəyyən etdi.
Seçilən
111
Mənbələr
Şərh ()
Bağla