AZ

Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı. Trend:

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsibarədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 2000-ciil təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ciməhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci iltəvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqlaxəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayətişi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrəşübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Seçilən
24
8
Mənbələr
Şərh ()
Bağla