AZ

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət edərkən isə o, pilləkənləri qalxıb, yolu keçib, hətta  parkları gəzib.

 

Sfera.az bildirir ki, Emerson adlı suiti Britaniya Kolumbiyanın paytaxtından mikroavtobusun arxasında aparılaraq, insanlardan uzaqlaşdırılıb.

 

Bununla belə, bazar ertəsi  Balıqçılıq və Okeanlar Departamenti iki yaşlı suitinin Viktoriya yaxınlığındakı sulara qayıtmaq üçün gündə təxminən 34 km üzərək gəldiyini təsdiqləyib. 


Suiti aparıldığı çimərlikdən cəmi altı gün sonra geri qayıda bilib. 


Emersonu daşımağa kömək edən Morgan Van Kirk, son dərəcə məyus olduğunu bildirib.

 

"Bəli, bura onun evidir və o, hərəkəti ilə bizə bunu bildirmiş oldu" - deyə Van Kirk bildirib. 

 

Suitinin gözlənilməz yerlərdə peyda olması həm onu məşhurlaşdırıb, həm də çox maraqlı görüntülər ortaya çıxıb. Suiti evinə qayıdarkən çiçəkli yerlər, parkların çəmənliyi və sıx yollarda oynamağın da həzzini yaşayıb. 

 

Populyar olmasına baxmayaraq, heyvanın varlığı şəhərdə təhlükə yaradıb. Ətrafdakı insanlar onu sığallamaq və selfi çəkdirmək kimi riskli davranışlar ediblər.


Ekoloqlar isə həm insanlara, həm də heyvanın özünə mümkün zərərdən narahatdırlar. Yenilənmə prosesini tamamlaya bilmək üçün suiti yenidən köçürülməli ola bilər.


Bu adətən aprel və may aylarında baş verir və üç-beş həftə davam edir.


Bu müddət ərzində suitilərin tükləri və dərisinin üst qatını tökülür və sonra tüklər yenidən böyüyür.

 

Emerson hərəkətli küçələri keçməyə, pilləkənlərə qalxmağa və çiçəkli çəmənliklərdən keçməyə çalışdığı üçün dörd dəfə onu başqa yerə köçürməyə çalışıblar.

 

Heyvan haqları müdafiəçiləri heyvanın belə populyarlaşmasının zərərli olduğunu təkid edirlər. Bir çox insan suitiyə çox yaxınlaşır və onunla selfi çəkdirməyə çalışır.

 

Bir dəfə hətta, bir uşağı Emersonun burnuna toxunmağa çalışıblar.

 

Wang Keera adlı heyvan haqları qoruyucusu bu narahatlıqlarını:

 

“Suiti, nəinki qonur ayıdan böyükdür, həm də 220 kq-dan çox olan vəhşi heyvandır. Olduqca diqqətli davranmaq lazımdır"-deyə izah edir.

 

Aynil

Sfera.az

 

Seçilən
122
5
Mənbələr
Şərh ()
Bağla