AZ

Hərb tarixində İLK – Süni intellektlə idarə olunan qırıcı döyüşdə – VİDEO

Dünya hərb tarixində bir ilk yaşanıb.

KONKRET.az xəbər verir ki, ABŞ ordusunda süni intellekt sistemi tərəfindən idarə olunan qırıcı təyyarənin döyüş sınaqları keçirilib. Süni intellektin rəqibi olan digər hücum təyyarəsini Amerika ordusunun təcrübəli hərbçisi idarə edib. Bu barədə ABŞ Müdafiə üzrə Təkmil Araşdırma Layihələri Agentliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall vurğulayıb ki, “Belə bir hava müharibəsi potensialı onilliklər ərzində təsəvvür edilirdi, lakin reallıq uzaq bir xəyal olaraq qalırdı”. Hərbçilər döyüşdə kimin qalib gəldiyini dəqiqləşdirməyiblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
199
1
Mənbələr
Şərh ()
Bağla