AZ

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: “Çin Tayvana hücum etməyə hazırlaşır”

“Çin prezidenti Si Cinpin siyasi karyerası ərzində Pekinin Tayvan üzərində nəzarətini bərpa etməyə hazırlaşır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Dallasda keçirilən forumda məlumat verib.

“Düşünürəm ki, Si Cinpin siyasi həyatı boyunca Tayvanı idarə etmək üçün hərəkətə keçməkdə qərarlıdır”. O vurğulayıb ki, hələ ki, hakimiyyətin hərbi əməliyyat planı yoxdur, amma buna baxmayaraq, Çin niyyətində ciddidir.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri özünü idarə edən adadır, baxmayaraq ki, Pekin onu öz ərazisinin bir hissəsi hesab edir. Tayvan ətrafındakı vəziyyət beynəlxalq münasibətlərdə, xüsusən də Çin və ABŞ arasında əsas gərginlik nöqtələrindən biri olaraq qalır.

Burhan,

KONKRET.az

Seçilən
179
Mənbələr
Şərh ()
Bağla