AZ

İsrailin daimi nümayəndəsinin çıxışına belə etiraz edildi

BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin daimi nümayəndəsi Gilad Erdanın çıxışı zamanı üzv dövlətlərin nümayəndələrinin yarısı zalı tərk edib.

KONKRET.az xəbər verir ki, zalı tərk edənlərin əksəriyyəti ərəb dövlətlərinin nümayəndə heyətlərinin nümayəndələridir. İsrailin daimi nümayəndəsinin çıxışı elan olunmazdan əvvəl zalda praktiki olaraq boş yer yox idi.

Qeyd edək ki, ABŞ Əlcəzairin ərəb dövlətləri adından hazırladığı və BMT Baş Assambleyasına Fələstinə dünya təşkilatının tamhüquqlu üzvü statusu verilməsini tövsiyə etdiyi BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub. İndi bu ölkə BMT-də yalnız müşahidəçi statusuna malikdir.

Bu arada BMT-nin baş katibi Quterreş bildirib ki, müstəqil Fələstinin yaradılması Yaxın Şərqdə sülhün bərqərar olması üçün əsas şərtdir.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
168
Mənbələr
Şərh ()
Bağla