AZ

Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb

Bakı. Trend:

Suriya ordusunun və "Milli Müdafiə Qüvvələri"nin ən azı 16 hərbiqulluqçusu Homs əyalətində terrorçuların hücumu nəticəsində həlakolub.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, hərbi avtobusda olan əsgərlər və yığma qoşundöyüşçüləri gecə saatlarında Əl-Teybe ərazisində magistral yolda“İslam Dövləti” terrorçu qruplaşmasının dəstəsi tərəfindən pusquyasalınıb.

Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriyasəhrasının dərinliklərinə çəkilən terrorçuları dəf edib.

Seçilən
180
1
Mənbələr
Şərh ()
Bağla