AZ

Ölkəmizdə işləmiş baş məşqçiyə tərif yağdırdı - Rusiya mətbuatı

Rusiya mətbuatı “Krasnodar”ın baş məşqçisi Murad Musayevi tənqid edərkən onun “Sabah”dakı fəaliyyətini misal çəkib.

SportİNFO.az xəbər verir ki, “Cпорт день за днем" Musayevin Azərbaycandakı işini yüksək qiymətləndirilib:

"Xatırladaq ki, “Krasnodar”dan sonra Musayev həmin vaxt Azərbaycan çempionatında sonuncu pillədə olan “Sabah”ı çalışdırmağa başladı.

O, komandanı sonuncu pillədən götürərək ikinci pilləyə qaldırdı. Musayev hətta "Sabah"ı tarixində ilk dəfə olaraq avrokuboklara çıxardı.

Amma sonradan komanda ilk bu pillələrdə qala iblmədi. Lakin istənilən halda, həmin nəticə məşqçinin əməyinin və səviyyəsinin göstəricisidir".

Bu mövsümün gedişində "Sabah"dan ayrılan Musayev sezon sonuna qədər "Krasnodar"ı çalışdıracaq.

Seçilən
154
Mənbələr
Şərh ()
Bağla