AZ

Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişir

Türkiyədə çıxış edən azərbaycanlı futbolçu Bəxtiyar Həsənəlizadə klubunu dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, hazırda “Tuzlaspor”un şərəfini qoruyan müdafiəçi ilə birinci liqanın digər təmsilçisi “Ümraniyespor” maraqlanır. 

Böyük ehtimalla mövsüm başa çatan kimi həmyerlimiz adıçəkilən klubla müqavilə imzalayacaq.

Qeyd edək ki, “Ümranispor”da millimizin üzvü Coşqun Diniyev də çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla