AZ

Türkiyədəki zəlzələ dağıntılara SƏBƏB OLUB - Xəsarət alan var 

Xəbər verdiyimiz kimi Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, zəlzələ nəticəsində bölgədəki bir sıra tikiliyə ciddi zərər dəyib.

Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb: “Yeraltı təkanların təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. 

Yeraltı təkanlar nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub”.

Bizim.Media
 

Seçilən
48
24
Mənbələr
Şərh ()
Bağla