AZ

“Boeing” 2030-cu ilə qədər uçan avtomobillərlə Asiya bazarına çıxmağı planlaşdırır


““Boeing” 2030-cu ilə qədər Asiyada uçan avtomobil bazarına girməyi planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, “Nikkei Asia” bu barədə şirkətin texniki direktoru Todd Sitrona istinadən məlumat yayıb.
Bildirilir ki, şirkət özünün törəmə müəssisəsi olan “Wisk Aero”da şaquli eniş və şaquli uçuş (eVTOL) elektriklə işləyən avtomobil hazırlayır. Təyyarə istehsalçısı beləliklə, sıx trafik olan şəhərlərdə uçan avtomobillərin təmin edə biləcəyi sürətli səfərlərə olan tələbatı ödəməyə çalışır. “Boeing” hazırda bu planla ilk olaraq hansı Asiya ölkəsinə girəcəyini düşünür.
Nəşr qeyd edir ki, aviaşirkətin planı əvvəlcə ABŞ-də sertifikat almaq, sonra isə Asiyada fəaliyyətə başlamaqdır.
Seçilən
109
Mənbələr
Şərh ()
Bağla