“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
Musavat.com-un məlumatına görə, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi bu gün reallaşıb.
Marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.