AZ

Bu ölkədə yenidən üsyançılarla döyüşlər başlandı

Konqo Demokratik Respublikasının şərqində hökumətyönlü qüvvələrlə üsyançılar arasında bir neçə günlük sakitlikdən sonra şiddətli döyüşlər yenidən başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Konqonun mediası məlumat yayıb.

Belə ki, hökumət qüvvələri Şimali Kivu əyalətinin Bvito bölgəsində üç istiqamətdə üsyançıların mövqelərinə hücum ediblər. Onlar Kabande kəndi ərazisində üsyançıları sıxışdırmağa və düşərgələrini ələ keçirməyə nail olublar.

Döyüşlər davam edir.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla