AZ

Pley-offun bütün iştirakçıları müəyyənləşdi

Srağagün və dünən keçirilən oyunlardan sonra Stenli kuboku uğrunda mübarizəni davam etdirəcək bütün komandalar müəyyənləşdi.

“Football-plus.az” xəbər verir ki, bu hüquqa yiyələnən sonuncu komanda “Vaşinqton” oldu. Beləliklə, Şərq konfransından pley-offa “Reyncers”, “Karolina”, “Florida”, “Boston”, “Toronto”, “Tampa-Bey”, “Aylenders” və “Vaşinqton” adladı.

Qərb konfransının da ilk 8 komandası bəllidi. Maraqlıdı ki, 2022/23 mövsümündə Stenli kubokunu qazanan “Veqas” sonuncu vəsiqəyə yiyələndi. Bu komanda ilə yanaşı, “Dallas”, “Vankuver”, “Vinnipeq”, “Kolorado”, “Edmonton”, “Neşvill” və “Los-Anceles” də pley-offa yüksəldi. Xatırladaq ki, bu mərhələnin oyunları aprelin 20-də start götürəcək.

Müntəzəm çempionatla bağlı başqa maraqlı xəbərlər də var. “Edmonton”un hücumçusu Konnor Makdevid 100 məhsuldar ötürmə həddinə çatdı. 27 yaşlı kanadalı “San-Xose” ilə oyunda 2 (1+1) xal toplamaqla buna nail oldu. Hazırda hesabında 132 (32+100) xal olan Makdevid 21-ci əsrdə müntəzəm çempionatda 100 məhsuldar ötürmə verən ilk, ümumilikdə isə 4-cü hokkeyçi kimi MHL tarixinə düşdü. Konnora qədər bunu yalnız Ueyn Qretski (11 dəfə), Mario Lemye və Bobbo Orr bacarıb. Makdevid MHL tarixində bir mövsümdəki məhsuldar ötürmələrin sayına görə ilk “3-lüy”ə də düşə bilər. O, 1970/71 mövsümündə “Boston”un heyətində 102 belə ötürmə verən Orrdan cəmi iki ötürmə geri qalır.

“Reyncers”in rusiyalı hücumçusu Artemi Panarin isə müntəzəm çempionatda 120 xal həddinə çatdı. Srağagün onun komandası “Ottava”nı darmadağın etdi (4:0). 32 yaşlı Panarin bu oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Müntəzəm çempionatı 120 (49+71) xalla bitirən Panarin MHL tarixinə bu qədər xal toplamağı bacaran 4-cü rusiyalı kimi düşdü. Ona qədər Sergey Fyodorov (120), Aleksandr Mogilnı (127) və Nikita Kuçerov (142) 120 xal həddinə çatıb.
Cari mövsümdə azarkeş sayında da rekord qeydə alınıb. Bu haqda MHL-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müntəzəm mövsümün 1294 oyununda ümumilikdə 22 milyon 560 min 634 tamaşaçı olub. Bununla 2022/23 mövsümünün (22 milyon 436 min 532 tamaşaçı) rekordu yenilənib.Cari mövsüm hokkey arenalarında orta hesabla tribunaların 97 faizi dolub. Müntəzəm çempionatda daha 18 oyun keçiriləcək və ardından Stenli kuboku uğrunda mübarizə başlayacaq.

16 aprel
Vaşinqton – Boston 2:0 (1:0, 0:0, 1:0)
Detroyt – Monreal 5:4 ОТ (1:2, 1:2, 2:0, 1:0)
Nyu-Cersi – Aylenders 1:4 (0:2, 1:1, 0:1)
Pittsburq – Neşvill 4:2 (2:0, 1:2, 1:0)
Tampa-Bey – Baffalo 2:4 (0:1, 1:2, 1:1)
Reyncers – Ottava 4:0 (1:0, 1:0, 2:0)
Los-Anceles – Minnesota 1:3 (0:1, 0:1, 1:1)
Edmonton – San-Xose 9:2 (4:0, 5:1, 0:1)
17 aprel
Boston – Ottava 1:3 (0:0, 0:2, 1:1)
Kolambus – Karolina 6:3 (3:2, 1:1, 2:0)
Monreal – Detroyt 4:5 Б (1:1, 2:1, 1:2, 0:0, 0:1)
Filadelfiya – Vaşinqton 1:2 (0:1, 1:0, 0:1)
Florida – Toronto 5:2 (0:2, 4:0, 1:0)
Vinnipeq – Sietl 4:3 (2:1, 1:2, 1:0)
Veqas – Çikaqo 3:1 (0:0, 1:0, 2:1)
Vankuver – Kalqari 4:1 (2:0, 1:0, 1:1)

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla