AZ

G7 İranın silah istehsalını, əldə etməsini və ötürməsini dayandırmaq niyyətindədir

G7 dövlətləri Tehranın silah istehsal etmək, əldə etmək və üçüncü ölkələrə ötürmək imkanlarını azaltmaq üçün bütün tədbirləri görəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

Sənəddə Yaxın Şərqdə sabitliyi pozmaq üçün İranın silah əldə etmək, istehsal etmək və ya ötürmək imkanlarının azaldılmasına yönəlmiş gələcək tədbirlərin yaxından əlaqələndirilməsini təmin etmək niyyəti bildirilir.

Bundan əlavə, maliyyə nazirləri və mərkəzi bank rəhbərləri İranın İsrailə qarşı “görünməmiş hücumunu” pisləyiblər.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla