AZ

AZAL Bakı-Kəraçi marşrutu üzrə ilk uçuşunu həyata keçirib (FOTO)

Kəraçi. Trend:

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Pakistanın ən böyükşəhəri Karaçiyə ilk birbaşa reysini həyata keçirib.

Trend-in müxbirixəbər verir ki, aviaşirkətin Bakıdan Kəraçiyə ilk uçuşu aprelin18-də saat 20:10-da, Kəraçiyə isə aprelin 19-da saat 00:30-da(yerli vaxtla) enib. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə -cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçi Pakistanın cənubundakı liman şəhəridir, ölkənin ən böyükvə dünyanın ən böyük şəhərlərindən biridir. Bu, Pakistanınəhəmiyyətli tarixi, eləcə də iqtisadi və mədəni mərkəzidir ki, buda onu turistlər üçün maraqlı edir.

Səfərdə bir qrup media nümayəndəsi iştirak edir, onlar üçünKəraçinin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. Səfər"Mian's Group" ilə birgə təşkil olunub.

Qeyd edək ki, aviaşirkət hazırda Pakistanın daha iki şəhərinə -İslamabad və Lahora da uçuşlar həyata keçirir.

AZAL
AZAL
AZAL
AZAL
AZAL
Məqalədə:
Seçilən
150
2
Mənbələr
Şərh ()
Bağla