AZ

Yaz aylarının ən faydalı tərəvəzi:sağlamlıq və gözəllik mənbəyi...

Yaz aylarında az qala günün hər yeməyinin yanında süfrəyə gətirilən xiyar sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Bu tərəvəzin qabığı da əsl vitamin mənbəyidir.

Medicina.az xiyarın faydalarını təqdim edir:

Lif qaynağıdır

Xiyarın yaşıl qabığında olan lif, vitaminlər və antioksidantlar sağlamlığa faydalı təsir göstərir. Mütəxəssislərin fikrincə, qabığın ən mühüm faydası immunitet sistemini gücləndirməsidir. Tərkibindəki C vitamini, beta-karoten və flavonoidlər bir çox xəstəliklərdən qorunmaqda təsirli rol oynayır.

Mədəyə xeyirlidir

Həzm prosesini asanlaşdıran xiyar və xiyar qabığı müntəzəm istehlak edildikdə mədə problemlərini aradan qaldırır. Xiyarın tərkibindəki bol su həzmi dəstəkləyir və bədənin maye balansını qoruyur. Buna görə də, xiyarı qabıqlı yemək tövsiyə olunur.

Dərini cavanlaşdırır

Bir çox insanı maraqlandıran əsas məsələ xiyar qabığının dəriyə təsiridir. Qabıqdakı silisium mineralı saç və dırnaqları gücləndirməyə kömək edir. Dəridəki qıcıqlanma və ləkələrə qarşı sakitləşdirici təsiri ilə tanınan xiyar qabıqlarından dəri qulluğunda tez-tez istifadə edə bilərsiniz. Qabıqda olan antioksidantlar qırışları azalda, dərini sağlam və gənc göstərə bilər.

Xiyar qabıqları Cənubi Asiya qadınlarının dəriyə qulluq rutinlərində əhəmiyyətli yer tutur. Dərini sıxlaşdırıcı təsirinə görə bu tərəvəzə üstünlük verilir və müntəzəm istifadə olunur.

Arıqladır

Xiyarın yararlarından faydalanmaq üçün qabıqlarını qaynadıb çay kimi də istehlak edə bilərsiniz. Xiyar qabıqları arıqlamağı asanlaşdırır. Xiyar kalorisi çox az olduğu üçün detoks məhsulu hesab olunur. Ondan çəkinizi normada saxlamaq üçün də istifadə etməyiniz məsləhətdir.


Aysel


Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla