Danimarkanın paytaxtı Kopenhagendə bir neçə gün əvvəl yanmış tarixi birja binasının fasadı uçub.
SIA xəbər verir ki, hadisə yerində xilasetmə və təmir-bərpa briqadaları işləyir. Digər divarların da uçma riski olduğu üçün bərkitmə işləri aparılır. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Qeyd edilib ki, 1625-ci ildə tikilən binanın divarları yanğın nəticəsində ciddi şəkildə zədələnib.