AZ

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ideyasını dəstəkləyib.
 

Sfera.az xəbər verir ki, Aİ bu il Rusiyanın aktivlərindən gəlirin 2,5-3 milyard avro təşkil edəcəyini gözləyir. Bu məbləğdən ilk pul 2024-cü ilin iyulunda Ukraynaya gedəcək.
 

Bundan əvvəl Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard xəbərdarlıq etmişdi ki, Amerikanın Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına borc çıxarmaq planı risklər daşıyır.
 

Xüsusilə bu, beynəlxalq hüquq qaydasının pozulmasına gətirib çıxara bilər.


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində bəyan edib ki, bu cür istiqrazları almağa cəhd edən istənilən şəxslər və fondlar əks sanksiyalara namizəd olacaqlar.
 

Əzizə Zeynal
Sfera.az

Seçilən
160
22
Mənbələr
Şərh ()
Bağla