AZ

“Ukraynada etmişik, amma İsraildə mümkün deyil” – Makron

“Fransa Ukrayna ərazisinə bacardığı qədər hava hücumundan müdafiə sistemi yerləşdirib”.

KONKRET.az xəbər verir ki, bu sözləri prezident Emmanuel Makron deyib.

O bildirib ki, ölkəsi Ukraynada bacardığı hər şeyir edib:

“Fransa nüvə silahına malik olduğu üçün bizim öz hava hücumundan müdafiə sistemlərimiz çox azdır. Biz Fransa torpağındakı nüvə obyektlərimizin təhlükəsizliyini təmin etməliyik”, – Fransa lideri bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil, çünki bu, vaxt və maliyyə sərmayələri tələb edir və Avropanın resursları məhduddur.

“İsrail son onilliklər ərzində öz hava hücumundan müdafiə sistemini qurur və uzun müddətdir ki, onu maliyyələşdirir”, – Makron əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
147
Mənbələr
Şərh ()
Bağla