AZ

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Microsoft-un Təhdid Kəşfiyyat Mərkəzi Ukraynanı hədəf alan dezinformasiya ilə məşğul olan azı 70 rus qrupunu izləyib. Rusiya Ukraynaya yardımı tənqid edən ABŞ seçkilərinə təsir etmək üçün onlayn kampaniyaları gücləndirib. 

Valyuta.az xəbər  verir ki, bu barədə Microsoft korporasiyasının hesabatında deyilir.

Araşdırmaya görə, Rusiya fəallığı 2016 və 2020-ci illərdə ABŞ-da keçirilən əvvəlki seçkilər zamanı olduğu kimi indi intensiv olmasa da, yaxın aylarda daha da güclənə bilər. Xüsusilə, Amerikanın Ukraynaya dəstəyi ilə bağlı tənqidlər artır.

Hesabata görə, “Microsoft Threat Intelligence Center” ənənəvi və sosial mediadan, eləcə də gizli və aşkar kampaniyalardan istifadə etməklə Ukraynanı hədəf alan dezinformasiya ilə məşğul olan azı 70 rus qrupunu izləyib. Microsoft amerikalılar arasında bir neçə dildə Ukrayna əleyhinə təbliğat aparan, eyni nümunəni davam etdirən Rusiyanın onlayn kampaniyasını misal çəkib.

Kampaniya üç mərhələli prosesdən ibarətdir: şəxs özünü məlumat verən və ya sosial jurnalist kimi təqdim edir və videokanalda məzmun yerləşdirir, daha sonra bu, gizli şəkildə idarə olunan internet saytları şəbəkəsinə yayılır. Sonra rus mühacirləri və məmurları məlumat yayır, bundan bir neçə həftə sonra amerikalı auditoriya dezinformasiyanı, bəlkə də ilkin mənbəsindən xəbərsiz olaraq yenidən yayımlayır.

Əvvəllər bildirilmişdi ki, 2024-cü ilin yanvarında “Microsoft” Rusiya haker qrupunun bəzi korporativ e-poçt sistemlərini, o cümlədən kibertəhlükəsizlik, hüquqi və digər funksiyalar üzrə yüksək səviyyəli menecerlərin və işçilərin e-poçt hesablarını oğurladığını aşkar edib. Microsoft bildirib ki, rusiyalı hakerlər Microsoft və onun təhlükəsizlik qruplarının hakerlər haqqında bildikləri barədə məlumat axtarırlar. Texnologiya nəhəngi daha sonra bildirib ki, hakerlər Microsoft-dan kənar digər təşkilatları, o cümlədən ABŞ dövlət qurumlarını da hədəfə alıblar.

Nicat

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla