AZ

Kobaxidzenin Ukrayna haqqında dediyi sözlər Kiyevi qəzəbləndirib...

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin “ukraynalaşma” ilə bağlı sözləri Kiyevdə hiddət yaradıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı şöbənin Telegram kanalında yer alıb.

... “Kobaxidzenin hazırda Tbilisidə baxılan xarici agentlər haqqında yeni qanun layihəsinin əleyhinə yönəldiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı fikirləri qəzəblidir. Mifik “ukraynalaşma” deyil, ruslaşdırma Gürcüstan üçün real təhlükədir”.

Bumətndə deyilir.

Kobaxidze bir qədər əvvəl bildirmişdi ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanı ukraynalaşmadan qorumaq məqsədi daşıyır.

Onun sözlərinə görə, Tbilisi bundan əl çəkmək niyyətində deyil.

Xatırladaq ki, aprelin 15-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxmağa başlayıb. Bu sənəd ölkədə ictimai rezonansa səbəb olub. Xüsusilə, bunu “Rusiya qanunu” hesab edən Gürcüstan müxalifəti buna qarşı çıxır.

Artıq bir neçə gündür ki, ölkə vətəndaşları bu sənədin qəbuluna etiraz edirlər.

Nazlı

Seçilən
124
Mənbələr
Şərh ()
Bağla