AZ

Ukraynaya amerikalı əsgər göndərməkdənsə, patron göndərmək daha yaxşıdır- ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri

Hazırda Ukraynaya sürətli yardımın göstərilməsi “kritik dərəcədə vacibdir”.

Editor.az bildirir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib: “Mənim fəlsəfəm budur: doğru olanı et və çiplər istədikləri yerə düşsün. Əgər işdən qovulmaq qorxusundan hərəkət etsəydim, heç vaxt işimi görə bilməzdim” – o, bildirib.

Conson qeyd edib ki, indi bütün dünya üçün kritik bir məqamdır: “Amerikalı uşaqlardansa, Ukraynaya döyüş sursatı göndərməyi üstün tuturam… Biz siyasətlə məşğul ola bilmərik, düzgün iş görməliyik”, – Conson deyib.

O, həmçinin əlavə edib ki, kəşfiyyat məlumatlarına inanır və buna görə də Rusiya və İranı yeni “şər oxu” hesab edir. Onun fikrincə, Vladimir Putin Avropaya – Balkanlara, Polşaya və ya ABŞ-ın digər NATO müttəfiqlərinə hücumunu dayandırmayacaq və davam etdirəcək: “Biz seçim etməliyik və tarix bizi mühakimə edəcək” – deyə spiker yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla