AZ

Valverde: “Mançester Siti” bizdən yaxşı futbol oynayır”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə cavab oyunundan danışıb.

Arena.az xatırladır ki, Madriddə keçirilmiş ilk oyunda 3:3 hesablı heç-heçədən sonra “Real” Mançesterdə “şəhərlilər”lə 1:1 hesablı bərabərliyə qalıb.

Penaltilər silsiləsində isə Madrid təmsilçisi “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb – 4:3.

“Mançester Siti bizdən daha yaxşı futbol oynayır, amma biz “Real”ıq. Ən yaxşı oyunçu üçün aldığım qənimət hər kəsə məxsusdur. Onu paltardəyişmə otağına qoyacağam. Bu oyunda hər şeyi verən hər kəsi isə təbrik edirəm. Cud Bellingem hər oyunda sona qədər mübarizə aparıb və penaltini yerinə yetirmək üçün cəsarət göstərdi ki, bu da onun cəsurluğu haqqında çox şey deyir”, deyə Valverde bildirib.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla