AZ

Daim yorğun hiss edənlər üçün asan həll yolu

İş həyatı, stress, uzun müddət davam edən problemlər, yeknəsəklik və s. xroniki yorğunluğa səbəb olur. Günə yorğun başlayıb gün ərzində enerjili hiss etmək çox da asan olmur.

Hər səhər yuxudan səbəbini bilməsəniz belə yorğun oyanırsınızsa, sizi bu vəziyyətdən çxıaracaq həll yolu açıqlanıb.

Medicina.az xəbər verir ki, səhərlər südə kətan toxumu əlavə edərək yeyildikdə yorğunluğu qısa müddətdə atıb, enerjili hiss etməyin mümkün olduğu bildirilir.

Omeqa-3 yağ turşusu ilə zəngin olan kətan toxumu ürək sağlamlığını dəstəkləyir və infeksiya riskini azaldır. Üstəlik, beyin funksiyalarını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, kətan toxumu yüksək lif tərkibi sayəsində həzm sistemini dəstəkləyir. Bu toxum kalsium və zülalla da zəngindir, buna görə də əzələ və sümük inkişafını dəstəkləyir. Bütün bu faydaları sayəsində orqanizmə güc və enerji verir.

1 stəkan südün içərisinə 1 xörək qaşığı kətan toxumu əlavə edib blenderdən keçirin. Faydasını artırmaq üçün bu qarışıma bal və darçın əlavə edə bilərsiniz. Qarışımı səhərlər acqarına istehlak etmək məsləhətdir.


Aysel

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla