AZ

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib


7news.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinjn paytaxtı Dubay şəhərində keçirilən 6-cı MENA Ali Təhsil Forumunda iştirak edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov "Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda panel müzakirədə çıxış edib.
Rektor Şahin Bayramov mövzu barədə həm Beynəlxalq Universitetlər Assosiasiyası (IAU), həm də Mingəçevir Dövlət Universiteti (MDU) prizmasına əsaslanan fikirlərini bölüşüb və Beynəlxalq Universitetlər Assosiasiyası missiyası və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair dəyərləri və Ali təhsilin beynəlmiləlləşməsi üzrə 6-cı qlobal sorğusunun müvafiq nəticələrini təqdim edib.
Sonda MDU-nun rektoru Şahin Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun strateji məqsədlərindən və yerli icmanın ehtiyaclarını qarşılamaq sahəsində təcrübəsindən bəhs edib.
 


 

 

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla