AZ

Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”i tərk etməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, 22 yaşlı forvard oyun praktikasından əziyyət çəkdiyi üçün hazırkı komandasında qalmaq niyyətində deyil.

Onun yaydan sonra hansı kluba yollanacağı isə dəqiqləşməyib. Lakin forvarda Türkiyə, Polşa, Azərbaycan və İsveç klublarından təkliflər var. Musanın 2024/2025 mövsümünü icarə əsasında fərqli komandada oynayacağı gözlənilir.

Millimizin üzvü "Yurqorden"lə mövsümün əvvəlində üç illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan Qurbanlı “Qarabağ” və “Zirə” komandalarının da formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
Seçilən
77
Mənbələr
Şərh ()
Bağla