AZ

Bölgə klubu “Sabah” oyununa ciddi itkilərlə çıxacaq

“Kəpəz” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Sabah” oyununa ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən tur “Səbail” oyununda zədələnən Amil Yunanov və Giorgi Papunaşvilinin xidmətindən yararlana bilməyəcək. Məşqçilər heyəti futbolçuları Tovuzda süni örtüklü meydançada risk etmək istəmir.

Xatırladaq ki, “Kəpəz” – “Sabah” görüşü aprelin 21-də, saat 16:30-da start götürəcək.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla