AZ

Bu qidaları həftədə bir dəfə yeyin, dəri problemlərindən xilas olun!

Dərinizdəki ləkələr artıbsa, quruluq və soyulma yaşayırsınızsa və saçlarınız tez qırılırsa, bütün bunlar A vitamini çatışmazlığından əziyyət çəkdiyinizə işarə ola bilər.

Medicina.az xəbər verir ki, A vitamini çatışmazlığı bədənimizdə müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Bu vitamin bədənimizdə lazımi miqdarda olmadıqda xüsusilə dəri və bədəndə əlamətlər üzə çıxır.

Quruluq və qabıqlanma ən çox görülən simptomlardan biridir. Həmçinin həddindən artıq yağlı saç və dəri, eləcə də sızanaqlar vitamin çatışmazlığının əlaməti ola bilər.

A vitamini çatışmazlığının başqa bir simptomu göz problemləridir. Xüsusilə, gecə korluğu yaşayanlar, yəni qaranlıqda görməkdə çətinlik çəkənlər həkimlə məsləhətləşməlidirlər.

Bədəndə A vitamini çatışmazlığı dəri ləkələrinin artmasına, eləcə də qeyri-bərabər dəri tonuna da səbəb olur.

Bundan əlavə, saç və dırnaqlarda müxtəlif dəyişikliklər müşahidə edilir. Dırnaq və saç quruluşunun zəifləməsi A vitamini çatışmazlığının əlamətlərindəndir.

Vitamin çatışmazlığı immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Buna görə də infeksiyalara qarşı müqavimət azalır və xəstəliklərə yoluxma sürəti artır.

Bütün bu problemlərdən xilas olmaq üçün tərkibində bol miqdarda A vitamini olan qidalar istehlak etmək lazımdır. Mütəxəssislər aşağıdakı qidaları hətta həftədə bir dəfə yeməyin belə orqanizmi A vitamini ilə təmin edə biləcəyini bildirirlər.

- Yerkökü

- Şirin kartof

- İspanaq

- Yumurta

- Balıq və müxtəlif dəniz məhsulları


Aysel

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla