AZ

“Əfsanəvi Briqada” bölgəyə göndərildi - Ərdoğan hərəkətə keçdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatının varlığına son qoymaq üçün başlayacağı əməliyyata hazırlıq davam edərkən, komando nəzarət altındakı ərazilərdə yerləşməyə başlayıb. Kayseri Komando Briqadası Bolu ilə birlikdə bölgəyə eniş edən qabaqcıl birliklər arasındadır.

Teleqraf.com xəbər verir ki, “Əfsanəvi Briqada” kimi tanınan Bolu Komando Briqadası da bölgədə yerləşdirilib.

Nəzarət altındakı bölgələrə girməyə başlayan komando qrupları göndəriləcək qüvvələrin öncülü kimi Şimali İraqa daxil olublar.

Bolu Komando Briqadası ilə birlikdə bəzi komando qrupları bölgəyə çatarkən, əməliyyata başqa bir əfsanəvi komanda olan Kayseri Komando Briqadasının da qatılacağı məlum olub. Bundan əvvəl Suriyadakı bəzi komando birləşmələrinin də əməliyyatda iştirak edəcəyi bildirilmişdi. Hərbçilərin məzuniyyətdən qayıtdıqdan sonra İraq əməliyyatına qatılmağa başlayacağı deyilir.

“Yeni Şafak” yazır ki, havaların isinməsi ilə İraqda fərqli strategiya həyata keçiriləcək. Türkiyə ilə məsləhətləşmələr zamanı İraq da PKK ilə bağlı narahatlığını ifadə edib. Bu çərçivədə İraq ordusu ilə birgə əməliyyat variantı nəzərdən keçirilir. Xüsusən də Sincarda mümkün təmizlik əməliyyatı gözlənilərkən, sərhəddə bufer və təhlükəsiz zonalar yaradılacaq. Beləliklə, Türkiyə İraqın şimalını terror təşkilatından təmizləyəcək və cənub xəttində yeni işlərə başlayacaq.

Müdafiə naziri Yaşar Gülərin əməliyyatdan öncə verdiyi açıqlama da diqqət çəkir:

“Artıq 30 kilometrlik təhlükəsizlik xətti çəkilib. Bununla belə, orada görməli olduğumuz başqa işlər də var, bunların üzərində işləyirik”.

Terrorla mübarizə çərçivəsində fəaliyyətlərin davam etdiyini bildirən Gülər ​​deyib:

“Planlarımızı qurmuşuq, işlər davam edir. Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan) gələn həftə İraqda olacaq. Uzun illərdən sonra ilk dəfə belə bir strateji saziş imzalayacağıq. İlk dəfədir iraqlı dostlarımız və tərəfdaşlarımız PKK ilə bağlı “terror təşkilatı” deməsələr də, ona yaxın bir termini qəbul edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla