AZ

Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs Polşada saxlanılıb. Belə ki, əməliyyatı Polşa və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları birgə həyata keçiriblər.

Polşa vətəndaşı olan həmin şəxs  Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi qeyd edilib.

Qeyd olunub ki, ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.

Bizim.Media
 

Seçilən
86
10
Mənbələr
Şərh ()
Bağla