AZ

Ayxan Abbasov 4 futbolçuya xəbərdarlıq etdi - ADLAR

Avrokuboklara vəsiqə üçün həvəslənən “Turan Tovuz” ağır dönəmə qədəm qoyur.

Bölgə təmsilçisi bu həftə öz meydanında “Sumqayıt”ı qəbul edəcək, 32-ci tur çərçivəsində səfərdə “Neftçi”nin qonağı olacaq, mayın 5-də Tovuzda “Zirə” ilə qarşılaşacaq.

Avrokuboklara vəsiqənin taleyi çox güman əsas rəqiblərlə oyunlarda həll olunacaq.

İndiki məqamda baş məşqçi Ayxan Abbasovun narahatlığı anlaşılandır. Təcrübəli mütəxəssisi təkcə zədəlilərin çoxluğu qayğılandırmır. Digər problem bir neçə vacib futbolçunun cəza sərhəddində olmasıdır.

Konkretləşdirsək, Aydın Bayramov, Denis Marandiçi, Ayxan Hüseynov və Belajdi Pusi cəzanın “qapısındadır”. Adları çəkilənlər “Sumqayıt”la oyunda “sarı” alsalar, “Neftçi”ylə qarşılaşmanı kənardan izləyəcəklər. “Neftçi”ylə görüşdə alınacaq vərəqə isə “Zirə”ylə matçın buraxılmasına səbəb ola bilər.

Baş məşqçi Ayxan Abbasov bu məqamı onların diqqətinə çatdıraraq mümkün qədər diqqətli olmağı tapşırıb.

Rojerik Millerin də adı bu siyahıdadır. Sadəcə, panamalı müdafiəçi zədə səbəbindən sumqayıtlılara qarşı forma geyinə bilməyəcək.

HƏBİB

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla