AZ

Ukraynadan Gürcüstan baş nazirinə etiraz...

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan Baş naziri İrakli Kobaxidzenin açıqlamasına etiraz edib.

Axar.az xəbər verir ki, XİN baş nazirin sözlərinin narahatlıq doğurduğunu bildirib.

“Ölkəmizin adının belə təhqiramiz kontekstdə hallanması Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur", - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışan İ.Kobaxidze sözügedən qanunun Gürcüstanı ukraynalaşmadan qoruyacağını söyləmişdi.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla