AZ

Azərbaycan gimanstından ikinci final

Azərbaycanın idman gimnastı Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda final mərhələsinə vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, qadınların mübarizəsində Nazənin Teymurova gimnastika tirində həlledici mərhələdə iştirak hüququna yiyələnib.

Bu, idmançımızın turnirdə ikinci uğuru olub. Nazənin dayaqlı tullanmada da finala yüksəlib. Yığmanın daha bir üzvü Nikita Simonov halqalarda həlledici mərhələdə yarışacaq.

Qeyd edək ki, yarış aprelin 20-də başa çatacaq.

İdman.biz

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla